Xidmətlərimiz

New Mett müxtəlif sənaye sahələri üçün metal konstruksiyalar və həllərin aparıcı istehsalçısı və təchizatçısıdır. Yarandığı gündən və 20 il ərzində şirkətimiz metallurgiya və tikinti sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Biz hər bir layihədə gücə, davamlılığa və yeniliyə zəmanət veririk.

Xidmətlərimiz

Metal konstruksiyaların istehsalı

Biz müasir standartlara uyğun olaraq, hər bir məhsulun mükəmməl keyfiyyətini təmin etməyə səy göstəririk. Qeyri-standart forma və ölçülərdə konstruksiyalar istehsal etmək, lazımi xüsusiyyətlərə malik metal məmulatların seçimi ilə bağlı məsləhətləşmək istəsəniz, biz hər an kömək etməyə hazırıq.

Metal konstruksiyaların montajı

NewMett şirkəti, Azərbaycanda ən sərfəli qiymətə metal konstruksiyaların montaj xidmətlərini təklif edir. Biz, polad konstruksiyaların istehsalı sahəsində geniş təcrübəyə malikik və bu müddət ərzində peşəkar mütəxəssislərdən ibarət bir komanda kimi formalaşmışıq. Biz metal hissələrin birləşdirilməsi üsulları haqqında hər şeyi bilirik.

Метal emalı

Məhsulun istismar müddətini artırmaq və xarici görünüşünü yaxşılaşdırmaq üçün metal səthi xüsusi emaldan keçir. Metal səthinin emalının bir çox üsulları vardır. Əsas metodlar plazma cilalanması, qumlama, su-abraziv təmizləmə, xüsusi qoruyucu tərkiblərlə boyanma və s. İşimizdə metal məmulatlarının səthlərinin emalı üçün geniş texnologiyalar spektrindən istifadə edirik.

Sendviç panellərin quraşdırılması

Sendviç panellər – müasir tikinti materialıdır və universal olması səbəbindən çox populyardır. Bu panellər xüsusilə metal karkas üzərində binaların tikintisində istifadə olunmağa başlandıqdan geniş yayılmışdır. Əgər siz də dam və ya divar panellərinin quraşdırılması üçün təcrübəli və peşəkar podratçı axtarırsınızsa, NewMett şirkətinə müraciət edin – biz münasib qiymətlərlə mükəmməl nəticəyə zəmanət veririk.

Scroll to Top