Metal hasarlar

NewMett şirkəti metal hasarlar istehsal edir. Eskiz əsasında hazırlanan məmulatlar qısa müddətdə tamamlanır və sifarişçiyə təhvil verilir.
İstehsal etdiyimiz hasarların üstünlükləri:

  • konstruksiyanın yüngüllüyü;
  • möhkəmlik;
  • sürətli quraşdırılma;
  • asan daşınma.

Bütün məhsullar texniki tələblərə uyğundur.

Metal hasarların növləri
Qazonlar üçün barmaqlıqlar geniş istifadə olunur, onlar metal çubuq və borulardan, kvadrat və soyuq döymə texnologiyası ilə yaradılmış dekorativ detallardan istehsal olunur. Bu növ konstruksiylara davamlı olaraq yüksək rütubət və temperatur dəyişikliyinə məruz qaldığı üçün paslanmaya qarşı sinktərkibli maddə ilə örtülür.
Metal hasar profil, bucaq, təbəqələr, kvadrat, eləcə də metal çubuqlardan hazırlana bilər.
Son vaxtlar piyadalar üçün daşına bilən və stasionar tipli hasarlar aktualdır. Daşına bilən hasarlar açıq sahələrdə insan axınının müvəqqəti tənzimlənməsi üçün əlverişlidir. Belə konstruksiyalar standart dizayna malikdir, lakin parklar və ya şəxsi evlər üçün dekorativ hasarların hazırlanması da mümkündür.

Hasarlar adətən harada istifadə olunur:

  • sənaye əhəmiyyətli obyektlərdə;
  • müvəqqəti işlərin (tikinti və ya təmir) aparıldığı yerlərdə;
  • yaşıllıq zonalarında;
  • avtomobil yolları boyunca;
  • piyadaların hərəkətini tənzimləmək üçün;
  • şəxsi həyətlərdə.

İstehsal texnologiyası
Daimi və müvəqqəti hasarlar uzun müddət etibarlı şəkildə xidmət etməlidir, buna görə də onların istehsalı zamanı texnoloji tələblərə ciddi riayət olunmalıdır. Metal yüksək dəqiqliklə kəsilir, daha sonra isə müasir avadanlıqlar vasitəsilə detallar qaynaqlanır. Konstruksiyanın üstü paslanmanın qarşısını alan xüsusi tərkiblə örtülür.

Hasarların daha maraqlı görünməsi üçün sifarişçinin istəyi ilə onlar döymə elementlər və şdekorativ detallarla bəzədilə bilər.

Scroll to Top