Metal sütunlar
Metal sütunlar sənaye, ticarət, ofis və digər modul tipli obyektlərin inşasında geniş istifadə olunur. Qaynağın və metal prokatın keyfiyyətinə ciddi tələblər qoyulur. Metal sütunlar yalnız daşıyıcı funksiyanı yerinə yetirmir, həm də estetik görünüşə malikdir. Onlar tikililərin dizaynına tam uyğun olmalıdır. Hər hansı bir obyektin tikintisi sütunların quraşdırılmasından başlayır. Sütunların montajı və istehsalı yalnız təcrübəli işçilər tərəfindən aparılmalıdır, çünki onların keyfiyyətindən bütün tikilinin etibarlılığı və təhlükəsizliyi asılıdır.
Təyinatı və növləri
Metal sütun, binaların və tikililərin bütövlüyünü təmin edən, ağır yükləri öz üzərinə götürən dayaq növüdür. Bu şaquli dirəklərin quraşdırılması ilə tikilinin yükdaşıma qabiliyyəti artır, vibrasiyaya qarşı həssaslığı azalır. Tikinti zamanı bu elementlər nisbətən sadə quraşdırma sayəsində iş prosesini sürətləndirir. Sütunlar anqarların, çoxmənzilli binaların, keçid və estakadalın, körpülərin tikintisində istifadə olunur. Binaların təyinatına və konstruktiv xüsusiyyətlərinə uyğun olaraq müəyyən metal konstruksiya növləri seçilir.
Sütunların qiyməti onların ölçüsündən, dizaynından və növündən asılıdır.. Metal sütunlar təyinatına görə aşağıdakı növlərə bölünür:
- Əsas – fermalar, balkalar, örtüklər kimi digər metal karkas elementləri onlara birləşdirilir.
- Köməkçi – fexverk tipli, konstruksiyanın gücləndirməsi, onun ümumi sərtliyinin artırılması və divar panellərini möhkəmləndirməsi üçün nəzərdə tutulmuşdur.
Sütun elementləri
Konstruksiya birləşdirici ox və dayaq elementlərindən – başlıq və bazadan, birləşdirici oxla bərkidilən elementlərdən ibarətdir. Başlıq sütunun yük daşıyan hissəsinə dayaqlanır. Bu elementin vəzifəsi birləşdirici ox vasitəsilə xarici yükləri baza və təmələ ötürməkdir. Yükə davamlılığı artırmaq üçün ox sərtləşdirici qabırğalar, birləşdirici hissələri möhkəmləndirmək üçün kosınkalarla gücləndirilə bilər.
Metal sütunların montajı
Dirəklərin quraşdırılması bir neçə texnoloji mərhələdən ibarətdir: təməlin hazırlanması və metal konstruksiyaların birbaşa quraşdırılması. Sütunların təməli montajdan əvvəl hazırlanır. Sütunların quraşdırılması üçün əsasda markalanmış oxlar olmalıdır, adətən bu oxlar beton tökülməzdən əvvəl ayrılır. Polad sütunlar yığma və ya monolit təməl üzərinə quraşdırılır, anker boltlar əvvəlcədən quraşdırılır və yağlanır. Layihə üzrə seçilmiş üsula uyğun olaraq təməl ya tam hündürlükdə ya da daha az hündürlükdə tökülür ki, sonradan məhlul əlavə oluna bilsin. Təməlin hazırlanması və sütunlar üçün dayaq lövhələri quraşdırıldıqdan sonra sütunların quraşdırılmasına başlanılır.
Montaj işlərində böyük yükgötürmə qabiliyyətinə malik xüsusi texnika, xüsusilə qaldırıcı kranlar istifadə olunur.
Bakı şəhərində metal sütunların istehsalı
Bu sahədəki fəaliyyətimiz boyunca hər növ metal sütunların istehsalı üzrə layihələri həyata keçirmişik. Metal sütunların istehsalında biz bütün istehsal mərhələlərini yoxlayırıq. Müştərilərimiz bizə ən çətin konstruksiyaların istehsalını və montajını etibar edirlər.
Ətraflı məlumat üçün +994 50 700 77 47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

