Metal əymə

NewMett şirkəti metal əymə xidmətini sərfəli şərtlərlə təklif edir. Metal emalı müasir texnologiyalı zavod avadanlıqlarında həyata keçirilir. Hazır məhsullar Bakıdakı anbarımızdan göndərilir. Azərbaycanın istənilən bölgəsinə çatdırılma təmin edilir.

Metal əymə xidməti istehsal və tikinti təşkilatları, fərdi tikinti işləri ilə məşğul olan şəxslər və idarə-kommunal xidmətlər üçün aktualdır. Müştəri sifarişlərinə uyğun olaraq, biz, müxtəlif qalınlıq və ölçülərdə materiallarla işləyirik. Müasir metal emalı avadanlığı metal əymə prosesində metalın ilkin strukturunu qoruyur, daxili və xarici deformasiyaların qarşısını alır.

Metal əymənin xüsusiyyətləri
Sac metalı ilə əymə əməliyyatları yüksək möhkəmliyə malik tikişsiz məhsulların hazırlanması üçün istifadə olunur. Bu texnologiya lazımı bucaq dərəcəsiini formalaşdırmağa və metal konstruksiyalarda qaynaq birləşmələrindən istifadə etməməyə imkan verir.
Metal əymənin üstünlükləri:

  • Lazımi formaların alınması imkanı. Müasir metal əymə avadanlığı metalları müxtəlif bucaqlarda əymək və əsas tirlərin minimal əyilməsi ilə tikinti konstruksiyalarının formalaşdırmağa imkan verir.
  • Qeyri-dəqiqliklərin olmaması. Rəqəmsal avtomatika vasitəsilə operatorlar dəqiq parametrləri təyin edir və məhsulu geometrik xətalar olmadan əldə edirlər.
  • Yüksək istehsal rentabelliyi. Metal əymə hazır məhsullara olan xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
  • Artırılmış möhkəmlik. Qaynaq tikişlərinin olmaması hesabına konstruksiyanın monolitliyi qorunur, möhkəmlik artır.
  • Hər növ metalın işlənməsi. Metal əymə polad, mis, latundan müxtəlif axıcılıqda olan detallar üçün tətbiq edilir.

Sac metal üçün əymə avadanlığı
Qalınlığı 10 mm-ə qədər olan sac metalın əyilməsi künclük, şveller və konstruksiyaların sərtliyini artıra bilən digər məhsulların istehsalında geniş istifadə olunur. İşlər xüsusi avadanlıqda – hidravlik preslər və ya valtslarda həyata keçirilir. Hər iki üsul emal zamanı əyilmə nöqtələrində metalın strukturunun qorunmasını təmin edir.

Presin iş prinsipi metal zolağını alt masadakı matrisada yerləşdirməkdən və üst masadan təzyiqin göstərməkdən ibarətdir. Sac metala üst masanın silindrlərinin porşunları təsir göstərən paunsonlar yaxınlaşır. Sac metal və puansona yaxınlaşdığı zaman təzyiq gücü artır və bu, əvvəlcə elastik deformasiyaya, sonra isə plastik deformasiyaya gətirib çıxarır. Metal təbəqələrinin ox boyunca ölçüləri dəyişməz qalır. Hidravlik preslərdə 6 metr uzunluğunda metal təbəqələri əymək mümkündür.

Valts üsulu sac metalın təcricən hər keçiddə yerdəyişmə ilə valtslar arasından keçməsi ilə həyata keçirilir. Bu texnologiya müxtəlif formalı məhsulların yaradılmasına imkan verir:

  • konusvari;
  • sferik;
  • silindrik;
  • yəhərvari;
  • dalğavari;
  • pəncəvari;
  • qutuvari;
  • yelkənvari;
  • kombinə edilmiş.

Xidməti necə sifariş etmək olar
Əgər Bakıda metal əymə xidmətini sifariş etmək istəyirsinizsə, menecerlərimizə +994 50 700 77 47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İşçilərimiz sizə ətraflı məlumat təqdim edəcəklər.

Scroll to Top