Аrmatur Əymə
NewMett şirkəti, Bakıda armatur və metal boruların əymə xidmətləri təklif edir. Həm fiziki, həm də hüquqi şəxslərlə əməkdaşlıq edirik, istənilən həcmdə hazır metal məmulatlar təhvil veririk. İndividual tələblərə uyğun qeyri-standart modellər hazırlayırıq. Məhsullarımı Azərbaycanın istənilən şəhərinə çatdırırıq.
Armaturun əyilməsi müasir stasionar avadanlıqlarla təchiz edilmiş zavod şəraitində həyata keçirilir. Məmulatlar, bütün istehsal mərhələlərində keyfiyyətə nəzarətdən keçir. İşlər peşəkar mütəxəssislər tərəfindən yerinə yetirilir. Məhsullar karkas-monolit tikintisində, hasar və darvazaların montajında istifadə olunur.
NewMett şirkəti, müasir yüksək texnologiyalı avadanlıqlarla təchiz olunub. Metal çubuqların əyilməsi əl, mexaniki, elektrik və hidravlik dəzgahlarda həyata keçirilir.
Aşağıdakı xidmətləri sərfəli qiymətlərlə sifariş edə bilərsiniz:
- İkiqat əymə armatur;
- Tikinti üçün qoyma elementlər;
- Tikinti skobları;
- Polad petlələr.
Əyici valın təzyiqi altında, məhsul maksimum 180 dərəcə bucaqla deformasiyaya uğrayır. Bucağın dəyişdirilməsi, dayaq roliklərin müvafiq yuvalara yerləşdirilməsi ilə tənzimlənir. Dəzgahda ikitərəfli əyilmə yerinə yetirilə bilər. Polad yarımfabrikatların deformasiya prosesi saat əqrəbi istiqamətində və əks istiqamətdə həyata keçirilir. Dəzgah dinamik əyləc sistemi ilə təchiz olunub. Dəzgahların quruluşunda elektroavadanlıqların qorunması funksiyası nəzərdə tutulub.
Böyük Ölçülü Çubuqların Əyilməsi
Zəngin aparat təchizatına malik metal konstruksiya zavodumuz, sifarişlər əsasında geniş spektrdə emal əməliyyatları həyata keçirir. Mexaniki təsirə çətin tabe olan yarımfabrikatların deformasiyası üzrə işləri sifariş edə bilərsiniz. İşlər texniki normativlərə tam uyğun şəkildə yerinə yetirilir. Hazır məhsulların keyfiyyətinə və etibarlılığına zəmanət veririk.
Əgər armaturun əyilməsi lazımdırsa, şirkətimizə +994 50 700 77 47 nömrəsi ilə zəng edin. Məsul menecer sizinlə sifarişin detallarını, xidmətlərin qiymətini və çatdırılma məsələlərini müzakirə edəcək.

