Gilyotində doğrama

NewMett şirkəti yüksək texnologiyalı avadanlıqlarla sac metalının doğranması xidmətini təklif edir. İşlər peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Biz müştərilərimizə sərfəli qiymətlər, işin operativ icrasını, konsultativ xidmətlər və Azərbaycanın bütün bölgələrinə çatdırılma xidmətlərini təklif edirik.

Təqdim etdiyimiz xidmətlərə sac metalın doğranması və metal əymə, sinklənmə, cilalanma, qeyri-standart metal konstruksiyaların istehsalı daxildir. Bizə müraciət etməklə xərclərinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Sac metalının doğranması üsulu istehsalçıya bir sıra üstünlüklər qazandırır:

  • metal emalı prosesində tullantıların miqdarı azalır;
  • poladın müasir texnologiyalara uyğun olaraq doğranması gələcəkdə əyilməyəcək elementlər istehsal etməyə imkan verir;
  • istehsalın rentabelliyi, əmək məhsuldarlığı və məhsulun keyfiyyəti artır;
  • sac metalının gilyotində doğranması vaxta qənaət etməyə kömək edir;
  • kənarlarda nahamarlıqlar olmur, səth düz qalır;
  • metal doğranmanın qiyməti digər oxşar əməliyyatlardan daha aşağıdır.

NewMett şirkəti – sac metalın keyfiyyətli və sərfəli doğranması

  • Şirkətimizin yüksək effektivliyə malik sənaye avadanlıqları polad, qalay, sinklənmiş təbəqələr, ranil və kompozit materialların doğranmasını təmin edir. Doğranma prosesi bir neçə dəqiqə davam edir.
  • Doğranma prosesindən əvvəl səthin xüsusi alətlə işarələnməsi həyata keçirilir. Mütəxəssis işarələnmiş xətlərə əsasən əməliyyatı iki üsuldan biri ilə həyata keçirir:
  • krivoşip qayçı ilə;
  • sac metalın gilyotində doğranması.

Əgər sac metalının gilyotində doğranmasına ehtiyacınız varsa bizimlə +994 50 700 77 47 nömrəsi ilə əlaqə saxlayın. Məsul menecerimiz suallarınızı cavablandıracaq və sifarişinizi qəbul edəcək.
Azərbaycanın hər bölgəsinə çatdırılma təşkil edə bilərik.

Scroll to Top