Heyvandarlıq kompleksləri

NewMett şirkəti Azərbaycanda heyvandarlıq kompleksləri və təsərrüfatlarının istehsalı üzrə xidmətlər göstərir. Müştərinin layihəsinə uyğun olaraq istənilən mürəkkəblikdə olan konstruksiyalar üçün elementlər istehsal etmək mümkündür. Biz həmçinin Azərbaycanın bütün bölgələrində təsərrüfat və heyvandarlıq kompleksləri üçün metal konstruksiyaların quraşdırılmasını təklif edirik.
Xüsusiyyətlər:
Metal konstruksiyalardan hazırlanmış heyvandarlıq təsərrüfatları quşların, iribuynuzlu mal-qaranın və digər heyvanların zoogigiyenik tələblərə və standartlara uyğun saxlanılması üçün qurulan konstruksiyalardır. Struktur olaraq, divar və dam sendviç panelləri ilə monolit fundament üzərində metal elementlərdən hazırlanmış yük daşıyıcı çərçivədir. Sendviç panellərdən başqa, 30-60% işıq keçiriciliyi olan yüksək sıxlıqlı PVC örtüklərdən istifadə olunan tentli anqarlar da quraşdırmaq mümkündür.
Heyvandarlıq komplekslərinin layihələndirilməsi zamanı aşağıdakı kriteriyalar nəzərə alınır:

  • İlboyu saxlanması planlaşdırılan heyvanlar (inək, qoyun və s.).
  • Damazlıq növü.
  • Fermada eyni vaxtda saxlanılan başların sayı (mal-qara üçün).
  • Yerləşdirilən bütün avadanlıqlar nəzərə alınmaqla məkanın zonalanması – konveyerlər, avtomatik su və yem paylayıcı sistemlər, süd qəbulediciləri və s.

Tez qurulan komplekslərin əsas üstünlükləri:

  • Qısa tikinti müddəti. Kərpic və digər materiallardan inşa edilən obyektlərlə müqayisədə tez qurulan komplekslərin tikinti müddəti əhəmiyyətli dərəcədə qısadır, bu da layihənin dəyərinə birbaşa təsir göstərir.
  • Hazır obyektin davamlılığı. Metal konstruksiya əsaslı tikililər əlverişsiz hava şəraitinə davamlıdır və Azərbaycanın istənilən bölgəsində tikilə bilər. Metal konstruksiyalar seysmik davamlığa malikdir, yüksək temperatur dəyişikliklərinə və korroziyaya dözümlüdür.
  • Heyvandarlıq komplekslərinin ərazisinə və konfiqurasiyasına məhdudiyyət qoyulmur. İstənilən mürəkkəblikdə olan layihələri həyata keçirmək mümkündür – həm kiçik, həm də iri müəssisələr üçün (100 və daha çoox baş mal-qara).
    Daha bir üstünlük konstruksiyanın obyektə rahat çatdırılmasıdır. Metal konstruksiyanın bütün elementləri sökülümüş vəziyyətdə çatdırılır və yerindəcə yığılır, bu da tez qurulan fermaların iri detallarınının daşınmasını xeyli asanlaşdırır.
    Demontaj zəruriyyəti yarandıqda, metal konstruksiyaların rahat sökülməsi mümkündür

NewMett-dən sifariş vermənin üstünlükləri:
Tez qurulan heyvandarlıq komplekslərinin və təsərrüfatların istehsalının əsas üstünlükləri bunlardır:

  • Tam daxili istehsal – aparıcı metallurgiya zavodlarından xammalın alınmasından, hazır elementlərin sonrakı dizaynına, istehsalına və göndərilməsinə qədər.
  • Açar-təhvil montaj – metal konstruksiyaların obyektə çatdırılması və quraşdırılması.
  • Tikinti müddətinə əməl olunma. Tikinti müddəti bütün şərtlər və tikinti layihəsi razılaşdırıldıqdan sonra müzakirə olunur.

Ətraflı məlumat almaq üçün NewMett şirkətinin menecerləri ilə əlaqə saxlaya bilərsiniz: +994 50 700 77 47

Scroll to Top