Projektor dirəkləri
Projektor dirəkləri böyük ərazilərin işıqlandırılması üçün geniş istifadə olunur. Bunlara stadionlar, parklar, xizək trassları, geniş əraziləri əhatə edən qapalı ərazilər və s. aiddir.
Dirək işıqlandırma avadanlıqları üçün dayaq funksiyasını yerinə yetirir. Layihədə nəzərdə tutulmuş yüklərə görə dirəklər müxtəlif növdə ola bilər.
Projektor dirəklərinin üstünlükləri:
- asanlıqla quraşdırılır,
- istismar müddəti 35 ildən çoxdur,
- ətraf mühit təsirlərinə və yükə davamlıdır,
- universal konstruksiyası sayəsində müxtəlif avadanlıqların yerləşdirilməsi mümkündür.
Təyinatından asılı olaraq istifadə olunacaq materialın növü seçilir.
İldırımdan mühafizə üçün projektor dirəyi
Projektor dirəyi yalnız avadanlıqların yerləşdirilməsi üçün metal karkas funksiyasını yerinə yetirmir, o, həm də ildırımdan mühafizə vasitəsi kimi xidmət edir.
İldırımdan mühafizə sistemi dirəkdə yerləşdirilmiş avadanlığı qoruyur, bu, xüsusilə abitə qüllələri üçün aktualdır.

