Metal Konstruksiyaların Montajı
NewMett şirkəti, Azərbaycanda ən sərfəli qiymətə metal konstruksiyaların montaj xidmətlərini təklif edir. Biz, polad konstruksiyaların istehsalı sahəsində geniş təcrübəyə malikik və bu müddət ərzində peşəkar mütəxəssislərdən ibarət bir komanda kimi formalaşmışıq. Biz metal hissələrin birləşdirilməsi üsulları haqqında hər şeyi bilirik.
Metal Konstruksiyaların Rolu
Metal konstruksiyalar müasir tikintinin ayrılmaz hissəsinə çevrilib. Polad karkas, tikinti xərclərini əhəmiyyətli dərəcədə azaldır və layihənin tamamlanma müddətini sürətləndirir.
Metal Konstruksiyaların Montajı Necə Aparılır
Əsas Prinsip
Metal elementlərdən bütöv bir konstruksiyanın yığılması, tikinti bazarında yüksək tələbat olun xidmət növüdür. Metal konstruksiyalar aşağıdakı üstünlükləri sayəsində populyarlıq qazanıb:
- Yüksək mexaniki möhkəmlik
- Yüklərə qarşı dayanıqlıq
- Nisbətən yüngül çəki
- Ekoloji təmizlik
- Uzun istismar müddətli
- Bina və qurğuların tez zamanda tikilməsinə imkan verən asan montaj
Metal Konstruksiyaların Yığılması Mərhələləri
- Tikinti sahəsinin təhlili: obyektə səfər və ilkin yoxlama. Bu, mütəxəssislərimizin işi üçün lazımi hazırlığı təmin etmək, işləri planlamaq, alət və avadanlıqları hazırlamaq üçün vacibdir.
- Hazırlıq işləri: Düzgün hazırlıq uğurun yarısıdır. Bu mərhələyə montaj sahəsinin planlaşdırılması, tikinti tullantılarının təmizlənməsi, elektrik, hava və su təchizatının qurulması, avadanlıqların yığılması və istismara verilməsi daxildir.
- Bünövrənin tökülməsi: Bünövrə mütləq düz olmalıdır, çünki ən kiçik qeyri-dəqiqlik belə konstruksiyanın əhəmiyyətli dərəcədə əyilməsinə səbəb ola bilər.
- Konstruksiyanın yığılması.
Metal Konstruksiyaların Montaj Texnologiyaları
Müasir tikinti sahəsində aşağıdakı sınaqdan keçmiş üsullar geniş istifadə olunur:
- Kompleks Üsul: Montaj işləri tikinti sahəsinin bir yerində başlayır və sonra başqa yerə keçə bilər.
- Mərhələli Üsul: Bu yanaşma, bütün konstruksiyanın ayrı-ayrı komponentlərdən ardıcıl şəkildə yığılmasını nəzərdə tutur.
- Qarışıq Üsul: Kompleks və mərhələli üsullarının birləşməsi olan bu texnologiya icraçılardan yüksək peşəkarlıq tələb edir.
Bakıda və Azərbaycanın Regionlarında Metal Konstruksiyaların İstehsalı və Montajı
NewMett şirkətinin peşəkar mütəxəssisləri polad elementlərin istehsalı və onların sonrakı montajını həyata keçirir. Müxtəlif layihələrdə böyük təcrübə toplayan komandamız bu illər ərzində bütün müasir texnologiyalara tam yiyələnib və ən qeyri-adi formalara malik polad konstruksiyalar təklif edir.
Montaj işləri həm obyektdə, həm də zavodumuzda həyata keçirilə bilər. Bütün proseslərin optimizasiyası işlərin fasiləsiz davam etməsini təmin edir. Üzərində işlədiyimiz layihələri ən qısa zanmanda və keyfiyyətlə tamamlayırıq.
Təklif Etdiyimiz Montaj Növləri:
- Daşıyıcı və yüngül metal konstruksiyaların montajı
- Sendviç panellərin montajı
- Dam örtüklərinin montajı
- Qaynaq metal konstruksiyaların montajı
- Boru kəməri dayaqlarının yığılması
- Estakadaların montajı
- Fermaların montajı və s.
Metal konstruksiyaların montajını sifariş edin, ən qısa müddətdə ən gözəl nəticələr əldə edəcəyinizə əmin olun.

