Metal konstruksiyaların istehsalı
Müqayisədə daha yüngül olan (daş, beton konstruksiyalardan fərqli olaraq) metal məmulatlar, əsaslı binaların və qurğuların inşası üçün əvəzolunmazdır. Onların əsas vəzifəsi – yüksək möhkəmliyə malik karkasın yaradılması, dəmir-beton örtüklərin gücləndirilməsi və beləliklə tikililərin yükqaldırma qabiliyyətinin və xidmət müddətinin artırılmasıdır. İstehsal zamanı müxtəlif metal ərintilərindən, o cümlədən müxtəlif marka poladlar (paslanmayan da daxil olmaqla), alüminium və çuqundan istifadə olunur. Tikinti metal konstruksiyaların istehsalında ən geniş yayılmış material isə poladdır. Bunun səbəbi onun möhkəmliyi, yüklərə qarşı dayanıqlığı və strukturunun homogenliyidir. Bundan əlavə, bu material, mexaniki zədələrə və vibrasiyaya davamlıdır, onu asanlıqla birləşdirmək və emal etmək mümkündür.
Metal məmulatların istifadəsinin əsas istiqamətlərini aşağıdakı kimi göstərmək olar:
• Körpü, estakada, tunel, perronların tikintisi;
• Böyük tikililər – anqarlar, anbarlar, pavilyonlar;
• İstehsal sexləri, nəqliyyat və logistika terminalları;
• Xüsusilə sənaye təyinatlı çənlər və rezervuarlar;
• Çoxmərtəbəli yaşayış binaları üçün metal karkaslar;
• Qarajlar, çardaxlar, besedkalar;
• Rabitə və işıqlandırma qüllələri, dirəklər və ötürücü xətlər üçün traverslər.
Müasir tikinti işlərində metal konstruksiyalardan bir çox mərhələlərdə istifadə olunur ki, bu da nəticədə tikilinin uzunömürlü olmasını və təhlükəsizliyini təmin edir.
Metal konstruksiyaların tikintidə istifadəsinin üstünlükləri:
- • Etibarlılıq. Metalın emalı nisbətən asandır, ondan hazırlanan məmulatlar qaynaq edilə və birləşdirici detallar ilə birləşdirilə bilir, materialın xüsusiyyətləri isə sıxılma, əyilmə və zədələrə qarşı davamlılığı təmin edir.
- • İndustriallıq. Metal konstruksiyalar zavodda keyfiyyətli xammaldan istehsal edilir, yoxlamadan keçirilir və obyektə göndərilir. Tikinti və ya təmir yerində onları təyin edilmiş texnologiya üzrə montaj edirlər və nəticə gözlənilən keyfiyyətdə olur.
- • Daşınma qabiliyyəti. Metal konstruksiyalar taxta, daş və ya dəmir-beton konstruksiyalarla müqayisədə daha yüngüldür. Bununla yanaşı, onlar çox vaxt konstruktor tiplidir, rahatlıqla daşına, montaj və demontaj oluna bilər.
- • Xarici faktorlara davamlılıq. Xammalın keyfiyyəti və metal məmulatlarının emalı qaydalarına düzgün əməl oluduqda, metal konstruksiyalar temperatur dəyişikliklərinə və kimyəvi korroziyaya, mikroblara, yanğına davamlıdır və asanlıqla təmir edilə bilər.
Məhsullar müxtəlif konfiqurasiya və ölçülərdə istehsal olunur, buna görə də istənilən layihə üçün optimal həllər tapmaq asandır.
Tikinti üçün metal konstruksiyaların növləri
Polad və ya digər ərintilərdən hazırlanmış tökmə və konstruktor tipli metal konstruksiyalar qaynaqlanmış, ştamplanmış, klyopka, boltlama və ya vintlə birləşdirilmiş ola bilər.
Tikinti prosesində yerinə yetirdikləri funksiyaya görə onlar aşağıdakı kimi ola bilər:
- Daşıyıcı konstruksiyalar – tikilinin karkasını təşkil edir, yüklərə qarşı ən yüksək dayanıqlığa və möhkəmliyə malikdirlər;
- Yol tikintisi üçün konstruksiyalar – keçidlər, estakadalar, dəmir yolu keçidləri, körpülərin təchizatı üçün vacibdir;
- Hasar konstruksiyaları – hasarlar, darvazalar üçün.
- Metal konstruksiyalar müxtəlif növ metal prokatdan istehsal olunur. Xammalın (ərintinin) seçimi metal konstruksiyalarının istifadəsi şərtlərindən, layihələndirilən və tikilən binadakı funksiyalarından asılıdır. Xammalın müxtəlifliyi istənilən məqsəd üçün optimal həllər tapmağa imkan verir.
Bizim istehsalatda aşağıdakı konstruksiya növləri istehsal olunur:
- Tir,
- Fermalar,
- Sütunlar,
- Karkaslar,
- Dəmir elementlər,
- Rabitə və işıqlandırma qüllələri
- Körpü və estakadalar və s.
Həmçinin biz panduslar, pilləkənlər, günbəzlər və binaların təchizatı üçün müxtəlif qaynaqlanmış konstruksiyalar istehsal edirik.
İstehsal texnologiyası
Metal emalı yüksək ixtisaslı mütəxəssislər və yüksək texnologiyalı avadanlıqlar tələb edir. Yalnız bu halda proses dəqiq və səmərəli ola, hazır məhsul ciddi keyfiyyət standartlarına cavab verə bilər.
İstehsal prosesi aşağıdakı kimi həyata keçirilir:
- Metal prokat və digər xammalın giriş keyfiyyətinə nəzarət,
- • Texnika və xammalın emala hazırlanması,
- • Mövcud standartlara uyğun olaraq detalların yaradılması,
- • Detalların qaynaqlanması və yığılması,
- • Keyfiyyətə nəzarət, defektləri aradan qaldırılması,
- • Korroziyaya qarşı emal, boyama,
- • Qablaşdırma, markalanma və göndərilməyə hazırlıq.
Metal konstruksiyaları üçün metal prokatın keyfiyyətinə nəzarətlə yanaşı, istehsalda istifadə olunan bütün materialların, qaynaq elektrodlarından boyaya və bərkidici detallara qədər, hamısının keyfiyyətinə ciddi nəzarət vacibdir.
Biz müasir standartlara uyğun olaraq, hər bir məhsulun mükəmməl keyfiyyətini təmin etməyə səy göstəririk. Qeyri-standart forma və ölçülərdə konstruksiyalar istehsal etmək, lazımi xüsusiyyətlərə malik metal məmulatların seçimi ilə bağlı məsləhətləşmək istəsəniz, biz hər an kömək etməyə hazırıq.

