Haqqımızda

NewMett Şirkəti 2003-cü ildə istehsal fəaliyyətinə başlamışdır. Şirkətimiz Azərbaycanda etibarlı tərəfdaş kimi tanınır. Biz konstruksiyalarımızın keyfiyyətinə cavabdehik və sifarişləri müştərilərimizə hər zaman vaxtında təhvil veririk. Fərdi yanaşma bizim üçün boş söz deyil. Tikinti sahəsində uzun illər çalışdığımızdan bilirik ki, iki tamamilə eyni layihə olmur. Hər bir bina və tikili öz xüsusiyyətlərinə malikdir və onların hər biri metal karkasın layihələndirilməsi zamanı nəzərə alınmalıdır. Uzun illər ərzində əldə etdiyimiz təcrübə bizə bütün çətinliklərin öhdəsindən gəlməyi və qeyri-standart tapşırıqlardan qorxmamağı öyrədib.
NewMett şirkəti yüksək texnologiyalı müasir avadanlıqlarla təchiz olunub, bu da bizə keyfiyyətli məhsullar istehsal etməyə imkan verir. Öz sənaye gücümüzə malik olmağımız müştərilərimizə layihə göstəricilərinə və bütün təhlükəsizlik tələblərinə tam cavab verəcək, etibarlığı və uzunömürlüyü ilə fərqlənəcək metal konstruksiya alacaqlarına zəmanət vermək imkanı yaradır.

Bizim metal konstruksiyalarımız bir çox üstünlüklərə malikdir:

  • Möhkəmlik, dözümlülük metal karkaslı tikililərin yüksək etibarlılığını təmin edir;
  • Penopolistirol, bazalt lifi, penopoliuretan, bazalt yunu kimi müasir istilik izolyasiya materialları ilə uyğunluq;
  • Montajın asanlığı (gələcək konstruksiyanın bütün detalları işarələnir, bu da montaj işlərinin xeyli tezləşdirir; konstruksiya elementlərini bir-birinə bərkitmək üçün çox vaxt sərf etməyə və mürəkkəb texnika tətbiq etməyə ehtiyac yoxdur);
  • İmkanların genişlənməsi (polad konstruksiyalar əsasında ən cəsarətli memarlıq ideyalarını reallaşdırmaq, mürəkkəb layihələri həyata keçirmək mümkündür);
  • Yanğına davamlılıq (metalın odadavamlılığı sübut edilmiş faktdır);
  • Mövsümdən və hava şəraitindən asılı olmayaraq karkasın quraşdırılması imkanı (metal nisbətən yüngül material olduğu üçün, polad konstruksiyanın tikintisi üçün bahalı və uzun müddət bərkiyən bünövrəyə ehtiyac olmur);
  • Metal konstruksiyaların montajı zamanı tullantılar olmur, bu da o deməkdir ki, tikinti meydançasından tullantıların çıxarılmasında qənaət etmək olar.

Son qiymətin hesablanmasında maksimum şəffaflığa önəm veririk. Əgər müştəridə qiymətin formalaşması ilə bağlı hər hansı sual yaranarsa, şirkətimizin əməkdaşları onları cavablandırmağa hər zaman hazırdırlar.
Biz müştərilərimizə dəyər veririk, buna görə də əsas prinsipimiz dürüstlükdür. NewMett şirkəti güclü nüfuza malikdir, müştərilərimiz bizi öz tərəfdaşlarına tövsiyə edirlər, buna görə də doğru yolda olduğumuza inanırıq.
Əməkdaşlıq şərtləri haqqında daha ətraflı məlumat almaq və ya sifariş vermək istəyirsinizsə menecerlərimizlə əlaqə saxlayın.
Sizinlə birlikdə uğurlu layihələrə imza atmağa hazırıq!

Scroll to Top