Metal Pilləkənlər

Polad pilləkənlər istehsalat məqsədilə istəfadə olunan istənilən çoxmərtəbəli məkanın ayrılmaz hissəsidir. Metal pilləkənlərin istehsalı, montajı və sonrakı quraşdırılması müxtəlif növ məkanlarda tələb oluna bilər, amma ən çox onlara istehsal binalarında rast gəlinir.
Metal Pilləkənların Üstünlükləri:
Uzunömürlülük – Keyfiyyətli materiallardan hazırlanmış metal pilləkənlər illərlə xüsusi qulluq tələb etmədən funksiyasını yerinə yetirir.
Təmirin asanlığı – Metal pilləkənin təmirinə ehtiyac yaranarsa, problemi asanlıqla aradan qaldırmaq mümkündür.
Səssizlik – Metal karkas üzərində yığılan pilləkənlər istismar zamanı səs yaratmır.
Təhlükəsizlik – Düzgün layihələndirilmiş və keyfiyyətlə hazırlanmış polad pilləkənlər istifadəçilər üçün təhlükəsizdir.
İnteryerə Uyğunluq – Metal pilləkənlər müasir istehsalat binaların interyerinə asanlıqla uyğunlaşır, bu da vacib amillərdən biridir.

Məhsul Növləri:

  • Çöl Yanğın Pilləkənləri
  • İstehsalat Pilləkənləri
  • Pilləkən Platformaları

NewMett şirkəti müxtəlif konstruksiyalı metal pilləkənlərin istehsalı ilə məşğuldur. Pilləkənin tipi obyektin konstruktiv xüsusiyyətləri və müştərinin tələblərinə uyğun seçilir.
Düz Pilləkənlər – Eyni ölçülü düz üfüqi səthlərdən (yollardan) və pillələrdən ibarətdir.
Dairəvi Pilləkənlər – dairəvi üfüqi səthlərə (yollara) malikdir, bir neçə pillənin eni mərkəzə yaxınlaşdıqca azalır.
Burma Pilləkənlər – Pillələr spiral şəkildə dayağın ətrafına dolanır.
Döngəli Pilləkənlər – növbəti marşa enib qalxmağı mümkün edən uçuşlararası düzbucaqlı platforma ilə təchiz olunub.
NewMett şirkəti müxtəlif forma və mürəkkəblikdə metal pilləkən və məhəccərlərin istehsalı üçün lazımi avadanlıqlara sahibdir. Zavodumuzda küçə turniketləri, fərdi evlər, ictimai binalar üçün pilləkən və məhəccərlər, torpaq sahələri, parklar, meydanlar üçün massiv hasarlar istehsal olunur.

Bizimlə əməkdaşlığın üstünlükləri:

  • Biz işimizdə yalnız müasir avadanlıq və texnologiyaldan istifadə edirik. Əymə və qaynaq işləri nəticəsində metalın strukturu dəyişmir. Hazır metal hasarlar yağış, günəş və mexaniki təsirlərə davamlıdır.
  • Balkon və verandalar üçün pilləkən və məhəccərlərin istehsalında tikinti normativlərindəki təhlükəsizlik tələblərinə riayət olunur. Montaj və istifadə şərtlərinə riayət edildikdə məhsul on illər boyu təmir və ya dəyişdirilmə tələb etmir.
  • Texniki şöbəmiz məhəccərlərin çertyojlarını və istehsal üçün tələb olunan bütün sənədləri hazırlayır. Müştərinin istəyi ilə dəyişikliklər etmək mümkündür.

Təcrübəli mütəxəssislərimiz müxtəlif mürəkkəblikdə sənaye tipli obyektlər üçün metal pilləkənlərin istehsalında və quraşdırılmasında geniş təcrübəyə malikdir. Ətraflı məlumat üçün +994 50 700 77 47 nömrəsinə müraciət edə bilərsiniz.

Scroll to Top